"Bakıya təslim olub Ermənistandan qaçaq" - İrəvanda ETİRAZLAR BAŞLADI - VİDEO

"Bakıya təslim olub Ermənistandan qaçaq" - İrəvanda ETİRAZLAR BAŞLADI - VİDEO
“Bakıya təslim olub Ermənistandan qaçaq”.

KNN.AZ erməni mətbuatına istinadla xəbər verir ki, bu gün, fevralın 1-də İrəvanda ən böyük bazar olan “Malatiya” yarmarkasının işçiləri bazarın ərazisinə toplaşaraq etiraz aksiyası keçirirlər. Onlar yarmarkanın bağlanması qərarına etiraz edirlər.

“Şəxsən mən 30 ildir bu bazarda saçımı ağartmışam, hamısından razıyıq. Amma bizi çörəyimizdən məhrum etməsinlər, bu mümkün deyil. Bayaq kreditlə məhsulumu gətirmişəm, kreditləri necə bağlayacağıq, gəlib evdən çıxaracaqlar.

Gəlin Bakıya təslim olub qaçaq buradan. Hakimiyyətə ermənilərsiz Ermənistan lazımdır. Sanki bütün Ermənistanda hər şey mükəmməl idi, təkcə Malatya bazarı qalmışdı”, – deyə bazarın əməkdaşı bildirib.

Qeyd edək ki, Şəhərsalma, Texniki və Yanğın Təhlükəsizliyi Nəzarəti Baş İdarəsinin rəisinin qərarı ilə “Malatiya” yarmarkası fevralın 1-dən etibarən bağlanacaq.

Bazarın 600 nəfər işçisi bununla bağlı etirazlara başlayıb.

Şərhlər (0)

şərh əlavə et