Cinayətkarları "Torqovı"dakı evində gizlətdiyi iddia edilən trans DANIŞDI - VİDEO

Cinayətkarları "Torqovı"dakı evində gizlətdiyi iddia edilən trans DANIŞDI - VİDEO
Xəbər verdiyimiz  kimi martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri  Ruhlan İsmayılov  Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilib.

Əməliyyat tədbiri zamanı o, polisə silahlı müqavimət göstərən zaman məhv edilib.

Dünən sosial mediada yayılan məlumata görə hadisəni tərədən şəxslərin Sahra ləqəbli cinsi azlıq nümayəndəsi,Transgender qadının evində gizlənməsi  iddia edilib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə bu səbəbdən Səhra adlı transseksualın da həbs edildiyi iddia edilib.

KNN.AZ xəbər verir ki, Oxu24.com-a açıqlama verən  "Sahra" bildirib ki, yayılan informasiyanın heç bir əsası yoxdur.

"Hadisə mən yaşayan evin yaxınlığında baş verib.Amma mənim o şəxslərlər heç bir tanışlığım,əlaqəm olmayıb.Mən hazırda evimdəyəm", deyə o bildirib.

Şərhlər (0)

şərh əlavə et