Parlamentdə biabırçılıq: telefonunda nalayiq görüntülərə baxarkən yaxalandı - VİDEO

Parlamentdə biabırçılıq: telefonunda nalayiq görüntülərə baxarkən yaxalandı - VİDEO
Hindistanda deputat büdcə müzakirələri zamanı telefonunda nalayiq görüntülərə baxarkən yaxalanıb.

KNN.AZ xəbər verir ki, parlament üzvü Jadab Lal Nath Tripura Ştat Assambleyasında büdcə müzakirələri zamanı cib telefonu ilə uyğun olmayan kadrlara baxarkən yaxalanıb.
Həmin görüntülər sosial mediada gündəm olub.
Bununla bağlı Nath açıqlama da verib: “Parlamentdə mobil telefondan istifadənin qadağan olunduğunun fərqindəyəm. Lakin mənə dəfələrlə zəng edildi. Zəngə cavab verəndən sonra telefonumda ədəbsiz videolar görünməyə başladı”.
Tripura parlamentinin sədri Bisvabandhu isə məsələ ilə bağlı açıqlamasında deyib ki, faktları öyrənmədən hərəkətə keçə bilməz: “Mənə heç bir yazılı şikayət daxil olmayıb”.

Şərhlər (0)

şərh əlavə et