Bakıda yol vermək üstündə DAVA: Yüksək rütbəli şəxs döyüldü

Bakıda yol vermək üstündə DAVA: Yüksək rütbəli şəxs döyüldü
KNN.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Nəsimi rayonunda Azadlıq prospektində qeydə alınıb. Belə ki, Azadlıq prospektində bir sürücü digərindən yol istəyib. Digəri yol vermədiyinə görə mübahisə yaranıb və mübahisə əlbəyaxa davaya çevrilib. Dava zamanı 34 yaşlı Vurğun Əbilova küt alətlə xəsarət yetirilib. O, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, V.Əbilov Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan mayorudur.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər (0)

şərh əlavə et