Fövqəladə vəziyyət: Bu dəfə meteorit düşdü

Fövqəladə vəziyyət: Bu dəfə meteorit düşdü
Meksikada yerləşən və son zamanlar fəaliyyətinin artdığı Popocatepetl vulkanını 24 saat ərzində izləyən kameralar tərəfindən atmosferə girən meteorit görüntülənib.

KNN.AZ xəbər verir ki, meteorit atmosferə girdikdən sonra bir anda parıldadığı görülüb.

Popocatepetldə son 24 saat ərzində 182 qaz və kül çıxışı qeydə alınıb. Sonuncu dəfə martın 1-də iki dəfə püskürən vulkanda bu il qeydə alınan püskürmələrin sayı 162-yə çatıb.

2022-ci ildə 113 püskürmə qeydə alınan Popokatepetl vulkanı bir ildən çoxdur aktivlikdə artım müşahidə edir. Mançester Universitetinin alimlərinə görə, yaxın bir neçə ildə böyük püskürməsi gözlənilən vulkanlar arasında beşinci yerdədir.   /bakivaxti.az/

Şərhlər (0)

şərh əlavə et