DİQQƏT! Sabah bu marşrutların hərəkət xətti dəyişir - RƏSMİ

DİQQƏT! Sabah bu marşrutların hərəkət xətti dəyişir - RƏSMİ
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.

Bu barədə Sfera-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, yanvarın 20-də Parlament prospekti ilə kəsişən və birləşən küçələrdə avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3, 6, 10, 18, 31, 37, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

Şərhlər (0)

şərh əlavə et