Azərbaycanda polis bu qızları axtarır

Azərbaycanda polis bu qızları axtarır
Gəncədə yeniyetmə qız itkin düşüb.

Knn.az xəbər verir ki, Gəncə şəhəri Zərdabi küçəsində yaşayan G.Nurullayeva polisə müraciət edərək onunla birgə yaşayan övladı, 2010-cu il təvəllüdlü N.Nurullayevanın itkin düşdüyünü bildirib. O qeyd edib ki, qızı yanvarın 18-də Gəncədə təhsil aldığı 27 saylı orta məktəbdən çıxıb və evə qayıtmayıb.

Oxşar hadisə Bakının Yasamal rayonunda da baş verib. 2008-ci il təvəllüdlü L.Pərvanənin yanvarın 17-dən itkin düşməsi barədə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciət daxil olub.

Hər iki fakt üzrə araşdırma aparılır.(Qafqazinfo)

Şərhlər (0)

şərh əlavə et