"Flört, sevgi, eşq..." - Sabah bu bürclər şanslı olacaq

"Flört, sevgi, eşq..." - Sabah bu bürclər şanslı olacaq
Sabah saat 21:54-də Şir bürcündə sərt bir dolunay baş verəcək. Həmin dolunay sərt, lakin maraqlı bir enerjini özündə əks etdirir.

Knn.az xəbər verir ki, bu barədə fikirləri astroloq Rəşad Hacıyev bildirib. "Xüsusən sosial çevrəmizdə daha çox diqqət çəkəcəyimiz, parıldayacağımız bir dönəm olacaq. Flört, sevgi, eşq mövzularının gündəmdə daha çox olacağı bir dolunaydır".

Astroloq bildirib ki, bu dönəmdə müəyyən ayrılıqlar yaşana bilər.

"Bu dövr qoç və oxatan bürcləri üçün daha dəstəkləyici və şanslı olacaq. Əkizlər Və Tərəzi bürcləri üçün də dolunayın dəstəkləyici enerjilərini görmək olar. Dolunay Şir, Əqrəb, Buğa, Dolça bürcləri üçün isə daha sərt təsirləri özündə daşıyır".

Şərhlər (0)

şərh əlavə et