Bakıda müəllim şagirdə şillə vurdu, valideyn POLİSƏ VERDİ

Bakıda müəllim şagirdə şillə vurdu, valideyn POLİSƏ VERDİ
Bakıda valideyn övladına müəllim tərəfindən şillə vurulmasını bildirərək polisə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, Binə qəsəbə sakini, 1992-ci il təvəllüdlü ana 3-cü Polis Şöbəsinə müraciət edərək bildirib ki, 218 saylı məktəbdə müəllim işləyən Təranə Mürsəlova (şərti) 2008-ci təvəllüdlü oğluna şillə vurub.

O, müəllimin dərs vaxtı oğluna zərbə endirdiyini əlavə edib və hadisənin araşdırılaraq tədbir görülməsini xahiş edib.

Müraciətlə bağlı polis tərəfindən araşdırma aparılır.

Şərhlər (0)

şərh əlavə et