“Maşını ara yolda saxladı, arxaya keçib məni...” – Sərnişini zorlayan taksi sürücüsünə hökm oxundu

“Maşını ara yolda saxladı, arxaya keçib məni...” – Sərnişini zorlayan taksi sürücüsünə hökm oxundu
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində avtomobilinə sərnişin kümü əyləşən qadını zorlayandan sonra üzərində olan pulu əlindən alan taksi sürücüsü Seymur Qurbanova (soyadlar şərtidir) hökm oxunub.

KNN.AZ xəbər verir ki, hadisə ötən ilin oktyabrın 16-da baş verib. Araşdırmalar zamanı məlum olub ki, Yelena Əliyeva hadisə günü saat 01:30 radələrində ofisiant olaraq çalışdığı “Tüstü Pub” restoranından çıxaraq paytaxtın “Şamaxinka” adlanan ərazisindəki dayanacağa yollanıb.  Bu zaman “Toyota Prius” markalı avtomobil  onun qarşısında saxlayaraq Xırdalan şəhərində yerləşən “AAAF” yaşayış kompleksinin yaxınlığına getdiyini öyrənib. Sürücü Sumqayıt şəhərinə getdiyini bildirib və onu apara biləcəyini deyib. Bu zaman Yelena razılaşıb və  avtomobilə minib.

Avtomobil hərəkətə keçdikdən bir müddət sonra Seymur maşının qapılarını kilidləyib. Xırdalan şəhəri istiqamətində “120”-nin dayanacağı deyilən dairəni döndükdən sonra sürücüsü qəflətən avtomobilin sükanını sağa döndərərək ara küçəyə girib. Həmin vaxt Yelena sürücüyə yolu düz getmədiyini dedikdə Seymur qəflətən əlindəki bıçağı onun boğazına dirəyərək “səni deşərəm, yaşamaq istəyirsənsə, mobil telefonunu ver”, deyə təhdid edib.

Yelena onu buraxması üçün taksi sürücüsünə yalvarsa da, o, buna məhəl qoymayıb. Seymur Yelenadan telefonu alaraq arxaya, onun yanına keçib. Əindəki bıçaqla təhdid edərək döyüb, sonra isə arxa oturacaqda onunla zorla cinsi əlaqədə olub. Bu zaman qızın cibində olan 47 manatı da oğurlayıb. Daha sonra isə Seymur ön oturacağa keçərək Yelenanı “AAAF Park” istiqamətində düşürdüb.

Yelena düşərkən Seymur ondan telefonun kreditdə olub-olmadığını soruşub, nə düşünübsə telefonu Yelenaya qaytarıb və ərazidən uzaqlaşıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə Əsasən Seymur Qurbanov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər (0)

şərh əlavə et