Adnan Oktara 891 il həbs cəzası verildi

Adnan Oktara 891 il həbs cəzası verildi
Türkiyədə “Adnan hoca” kimi tanınan Adnan Oktara 891 il həbs cəzası verilib.

KNN.AZ "Haberler.com"a istinadən xəbər verir ki, bir müddət əvvəl barəsindəki hökm ləğv olunan Adnan Oktarın cinayət işinə yenidən baxılıb.

Məhkəmə şəxsi cinayətlərinə görə, onu 891 il həbs cəzasına məhkum edib. Təşkilatın lideri olduğu üçün üzvlərin törətdiyi cinayətlərə görə də məsuliyyət daşıyan Adnan Oktar haqqında qərar bütünlüklə oxunduqdan sonra dəqiqləşəcək.    /bakupost.az/

Şərhlər (0)

şərh əlavə et