Messi ərəblərin bu təklifi qarşısında "əridi" - "Barselona" geri çəkildi

Messi ərəblərin bu təklifi qarşısında "əridi" - "Barselona" geri çəkildi
Messi ərəblərin bu təklifi qarşısında "əridi" - "Barselona" geri çəkildi
PSJ-nin superulduzu Lionel Messi "Barselona"ya qayıtmaqla bağlı qərarını qətiləşdirməyib.

KNN.AZ xəbər verir ki, bu iddia tanınmış insayder Rudi Qalettiyə məxsusdur.

Xəbərə görə, "Loryan"la matçdan sonra argentinalı futbolçu Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun təmsilçiləri ilə görüşəcək. Mənbə ərəblərin 35 yaşlı oyunçuya futbol tarixində görünməmiş məbləğdə maaş - illik 400 milyon avro əməkhaqqı ödəməyə hazır olduğunu və Messinin bu təklif qarşısında "əridiyini" vurğulayıb.

Qeyd edək ki, Leonun PSJ ilə müqaviləsinin müddəti bu yay başa çatacaq.

Şərhlər (0)

şərh əlavə et