Bakıdan qayıdan Putin əmr verdi - Oktyabrın 1-nə qədər...
Admin 20-avq, 17:08 510 0 XəbərlərBakıdan qayıdan Putin əmr verdi - Oktyabrın 1-nə qədər...
Rusiya lideri Vladimir Putin orduya Ukrayna qüvvələrinin Kursk vilayətinin işğal olunmuş ərazilərindən çıxarılması üçün vaxt verib.Knn.az xəbər verir ki, bu barədə "RBC Ukrayna" hərbi-siyasi rəhbərlikdəki mənbəyə istinadən məlumat verib. Bildirilir ki, Rusiya ordusu oktyabrın 1-dək Kursk vilayətini azad etmək üçün Vladimir Putindən göstəriş alıb.
Məlumata görə, onların vəzifəsi tapşırığı Pokrovski və Toretski istiqamətlərindən qüvvələri geri çəkmədən yerinə yetirməkdir.
Qeyd edək ki, Ukrayna qüvvələri 6 avqustdan Rusiyanın Kursk vilayətində hərbi əməliyyatlara başlayıblar.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin 18-19 avqust tarixlərində Azərbaycanda səfərdə olub. O, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə qeyri-rəsmi və rəsmi görüşlər keçirib.