"Real Madrid"in "qalaktikos" planı: İki ulduzu transfer edəcək!

"Real Madrid"in "qalaktikos" planı: İki ulduzu transfer edəcək!
Luka Modriç, Toni Kroos, Kərim Benzema kimi vacib oyunçuların karyeralarının sonlarına yaxınlaşması "Real Madrid"i gələcək üçün yatırım etməyə vadar edir. 

KNN.AZ "Telegraph"a istinadən xəbər verir ki, "Kral klubu" 2024-cü il üçün böyük layihə hazırlayır. "Qalaktikos" yaratmağı planlaşdıran Florentino Peres iki ulduzu - Cud Bellinqem və Kilian Mbappeni komandaya cəlb etmək istəyir. 

Ötən günlərdə Bellinqemin "Borussiya"nın yeni müqavilə təklifini rədd etdiyi və "Real Madrid"lə anlaşdığı ilə məlumat yayılmışdı. Klublar arasında razılığın əldə olunması halında ingiltərəli yarımmüdafiəçi Madrid təmsilçisinə keçəcək. 

Ötən yay "Real"ın təklifini geri çevirən Kilian Mbappe isə PSJ ilə yeni müqavilə bağlamışdı. 2025-ci ilədək sözləşməsi olan fransız hücumçunun gələcəyi sual altındadır. "Real Madrid"in yay transfer pəncərəsində Mbappeni transfer edəcəyi bildirilir.

Şərhlər (0)

şərh əlavə et