"Fənərbağça" 25 milyon avroluq futbolçu ilə anlaşdı

"Fənərbağça" 25 milyon avroluq futbolçu ilə anlaşdı
“Fənərbağça” klubu yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.

KNN.AZ "Sabah Spor"a istinadla xəbər verir ki, İstanbul təmsilçisi Donetsk "Şaxtyor"undan danışıqlar apardığı Tete və menecerini İstanbula gətirib. Tərəflər transfer üçün detalları razılaşdırıb.

Məlumata görə, Tete Ukrayna klubu ilə müqaviləsini pozaraq azad agent olub. Buna görə də, "sarı-lacivərtlilər" 23 yaşlı vingeri transfer etmək üçün pul ödəməyəcək.

Onun hazırkı bazar dəyəri 25 milyon avrodur. Futbolçunun "Fənərbağça"dan illik 4,5 milyon avro maaş alacağı qeyd olunub.

Şərhlər (0)

şərh əlavə et