Qurbanov “Qarabağ”a yeni qapıçı alır? – SON DƏQİQƏ

Qurbanov “Qarabağ”a yeni qapıçı alır? – SON DƏQİQƏ
Son günlər mətbuatda “Qarabağ”ın yeni qapıçı axtarışına çıxmasına dair müxtəlif informasiyalar yayılmaqdadır.

İddialara görə, Azərbaycan çempionu İngiltərə, Fransa və Ukraynadan olan bir neçə “əlcək sahibi” ilə danışıqlar aparır.

O da qeyd olunur ki, Qurban Qurbanov hazırda düşərgədə yer alan 3 kiperdən – Şahruddin Məhəmmədəliyev, Luka Quqeşaşvili və Amin Ramazanovdan biri ilə vidalaşmağa hazırlaşır.

Ağdam təmsilçisindən bu informasiyanı təsdiq etməyiblər.

Klubdan redaksiyamıza verilən məlumata görə, baş məşqçi “çərçivə”yə yeni transfer etməyi planlaşdırmır və yayılan xəbərlər həqiqətdən uzaqdır.

Həmçinin bildirilib ki, təcrübəli mütəxəssis yalnız 1 mövqeyə - müdafiənin cinahına legioner gətirmək niyyətindədir, sadəcə, danışıqlar aparılan futbolçularla hələlik yekun razılıq əldə olunmayıb.

İndiki məqamda bu top xəbərlərin ortaya aatılması heç də təsadüfi deyil. “Köhlən atlılar” Çempionlar Liqasında mübarizəni erkən dayandırıb.

Ikinci tgəsnifat mərhələsində “Rukov”a məğlubiyyət daha çox Şahruddin Məhəmmədəliyevlə əlaqədardır.

“Şah” Polşada keçirlən qarşılaşmada bir-birindən kobud səhvlərlə yadda qalıb və komandanın bütün əziyyətini yerə vurub.

Şərhlər (0)

şərh əlavə et