"Braqa"nı məğlub edən "Qarabağ"ın büdcəsi bu qədər oldu

"Braqa"nı məğlub edən "Qarabağ"ın büdcəsi bu qədər oldu
10 nəfərlik heyətlə Portuqaliyanın "Braqa" klubunu Avropa Liqasından kənarlaşdıran "Qarabağ" büdcəsini daha 1,2 milyon avro artırıb.

Knn.az-ın məlumatına görə, 1/8 final mərhələsinə vəsiqə qazanan Azərbaycan çempionu bu turnirin də qalibi olarsa, mövsümlük qazancı 23 milyon 982 min avro olacaq.

Qeyd edək ki, dünən “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsinin Bakıda keçirilən cavab oyununda “Braqa”ya 2:3 hesabla uduzsa da, ümumi görüşün nəticəsinə görə 6:5 hesablı qələbə ilə 1/8 finala vəsiqə qazanıb.

Şərhlər (0)

şərh əlavə et