"Qalatasaray"dan Kriştiano Ronaldo açıqlaması

"Qalatasaray"dan Kriştiano Ronaldo açıqlaması
"Qalatasaray" klubunun prezident müavini Metin Öztürk son dönəmlərdə adı sıx-sıx "Cim-Bom"la hallanan Krişitano Ronaldo məsələsinə toxunub.

KNN.AZ "NTV Spor"a istinadən xəbər verir ki, klub rəsmisi 37 yaşlı hücumçunun gündəmlərində olmadığını söyləyib:

"Qalatasaray"da Kriştiano Ronaldonun adını tutmaqdan öncə sistem, layihə və plan barədə danışmalıyıq. Hazırda görürsünüz ki, ötən mövsümün büdcəsi hesabına dünya ulduzlarını transfer etmişik. Önəmli olan bunlardan yüksək nəticə əldə etməkdir. Ronaldo cari mövsüm gündəmimizdə deyil, lakin "Qalatasaray" Türkiyəni Avropada təmsil edən bir klubdur".

Qeyd edək ki, Kriştiano Ronaldonun "Mançester Yunayted"lə müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatır.

Şərhlər (0)

şərh əlavə et