Fransa klubu "Qarabağ"la oyun öncəsi baş məşqçisini qova bilər

Fransa klubu "Qarabağ"la oyun öncəsi baş məşqçisini qova bilər
UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan Fransa“Nant”ı baş məşqçisi Antuan Kambuaredən narazıdır. 

KNN.AZ “Ekip” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi 59 yaşlı mütəxəssisi istefaya göndərməyə hazırlaşır.

Liqa 1 təmsilçisinin artıq yeni baş məşqçi axtarışlarına başladığı deyilir.

Xəbərə görə, oktyabrın 16-da “Brest”lə çempionat oyunu onun bu vəzifədə son matçı ola bilər. Komanda bu matçda da uduzsa, Kambuare qovulacaq.

Qeyd edək ki, “Nant” ölkə çempionatı və avrokuboklarda keçirdiyi son 7 qarşılaşmada qələbə qazana bilməyib. Komanda Liqa 1-də 7 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Xatırladaq ki, “Nant” və “Qarabağ” arasında V tur görüşü oktyabrın 27-də Fransada olacaq. Bakıdakı II  tur matçında ağdamlılar rəqibini 3:0 hesabı ilə məğlub edib.

Şərhlər (0)

şərh əlavə et