Şeyxdən jurnalistin İranla bağlı sualına anlaşılmaz REAKSİYA

Şeyxdən jurnalistin İranla bağlı sualına anlaşılmaz REAKSİYA
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərin İranla bağlı sualına cavab verməkdən imtina edib.

Bir qrup jurnalist Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutan Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayında qonaq qismində iştirak edən A.Paşazadəyə İranın ölkəmizə qarşı hazırki mövcud münasibətləri ilə bağlı sual ünvanlayıblar.

Lakin şeyxülislam Allahşükür Paşazadə jurnalistlərin suallarından yayınıb və mühafizəçilərin əhatəsində zalı tərk edib/Report.

Şərhlər (0)

şərh əlavə et