Qız uşaqlarında hansı xəstəlik zamanı qızlıq pərdəsi açılır? DİQQƏT! 18+ - Video

Qız uşaqlarında hansı xəstəlik zamanı qızlıq pərdəsi açılır? DİQQƏT! 18+ - Video
Yuvenil qanaxmalar menstrual dövrün yaranmasının ilk aylarında və birinci ili ərzində müşahidə olunur.

Çox az hallarda xəstəlik daha böyük fasilələrdən sonra müşahidə oluna bilər. Yuvenil qanaxmalar asiklik (tez-tez) və tsiklik (az hallarda) ola bilər. Tsiklik xassəli yuvenil qanaxmalar adətən növbəti menstruasiya vaxtında olur və uzun müddət davam edir.Təkrari tsiklik qanaxmalar müəyyən fasilələrlə təkrar olunur, bəzən isə ilin eyni vaxtında müşahidə olunur. Yuvenil qanaxmaların əmələ gəlməsində psixi sarsıntılar(imtahanlar, cərrahi əməliyyat, qorxu, yaxın adamların ölümü), fiziki məşğulluq(məşqlər, yarışlar),beyin silkələnməsi(qəza hadisəsi, yüksəklikdən yıxılma,idman travmaları),soyuqdəymələr(qrip, bronxit, angina) və s. səbəb ola bilər. Beləliklə, yuvenil qanaxmalar polietioloji xəstəlikdir.

Ginekoloq Şəhla Hüseynova mövzu barədə videoda ətraflı məlumat verir.

KNN.AZ "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz.

Şərhlər (0)

şərh əlavə et