Şakira ispan rəqqas ilə ehtiraslı rəqs etdi - FOTOLAR

Şakira ispan rəqqas ilə ehtiraslı rəqs etdi - FOTOLAR
45 yaşlı kolumbiyalı müğənni Şakira ispan rəqqas ilə ehtiraslı baçata rəqsi edib.
KNN.AZ bildirir ki, videonu Şakira öz sosial şəbəkə hesabında paylaşıb.
Müğənni qara top və alov naxışlı dəri şalvarda ehtiraslı rəqs nümayiş etdirdiyi video paylaşıb.
Rəqsin müşayiəti olaraq Şakira öz"Monotonia" mahnısını seçib. Qeyd edək ki, müğənninin rəqs partnyoru onun məşhur baçata dərsi verən ispan rəqqas dostu olub.

Sənətçi videonu "Bachateros! Vəzifə həddi aşmaq və vaxtında olmaqdır. Yoxdursa, həmkarımdan soruşun" - başlığı ilə şərh edib.

Xatırladaq ki, 2022-ci ilin yayında Şakira ispaniyalı futbolçu Pikedən ayrılmşdı. Cütlük təxminən on iki il birlikdə olub. Bu birlikdəlikdən onların iki oğlu var. Pike və Şakira heç vaxt rəsmi nikaha daxil olmayıb.
İndi isə cütlük mülklərini bölüşür və oğlanları Mila və Saşanın qəyyumluq məsələləri ilə məşğuldur. Avropada qaldığı üçün Pike narazı olmasına baxmayaraq, Şakiranın onları Mayamiyə aparacağı bildirilir.

Qeyd edək ki, Şakira “Burberry”nin Milad reklam kampaniyasında da rol alıb. Müğənni bu yaxınlarda çox nadir paylaşdığı övladlarından böyük oğlu Milan ilə şəklini də izləyicilərinə təqdim edib. Sənətçi şəkli 77 milyondan çox abunəçisi olan İnstaqram səhifəsində yerləşdirib. 9 yaşlı Milan Kataloniya kubokunun qalibi olub. Şakira oğlunun yanağından öpdüyü fotonu yayımlayaraq, uşağı nailiyyəti münasibətilə təbrik edib.

Şakira fotonu: "Milanı və onların komandasını bu gözəl turnir münasibətilə təbrik edirik. Anan əzmkarlığınıza və fədakarlığınıza görə sizinlə fəxr edir! 10 yaşa qədər Kataloniya Kubokunun iştirakçılarına bravo!" – başlığı ilə paylaşıb.

Şərhlər (0)

şərh əlavə et