Səidə öpdü, Elnur isə onu qucağına alıb fırlatdı - VİDEO

Səidə öpdü, Elnur isə onu qucağına alıb fırlatdı - VİDEO
Ötən həftə özünə dəmdəstgahlı doğum günü keçirən Xalq artisti Aygün Kazımovanın özəl günündə iştirak edən müğənnilər Səidə Sultan ilə Elnur Hüseynovun görüşməsi diqqət çəkib.

KNN.AZ bildirir ki, bizim.media-nın əməkdaşının lentə aldığı görüntülərdə uzun zamandır bir-birini görməyən ikilinin səmimi və hərarətli ünsiyyəti əks olunub.

Səidə Elnuru görər-görməz qucaqlayaraq, öpüşlərə qərq edib. Hüseynov isə Sultanı qucağına alıb və fırladıb. Elnur üçün darıxdığını söyləyən Səidə yaxın günlərdə görüşmək istədiyini onun qulağına pıçıldayıb.

Şərhlər (0)

şərh əlavə et