Roza prodüserin ağız və burnunu əzdi: "Həyasız insanam..." - VİDEO
Admin 02-fev, 16:28 1 828 0 Şou Biznes / Video / XəbərlərRoza prodüserin ağız və burnunu əzdi: "Həyasız insanam..." - VİDEO
"Hamı adımı "qalmaqallı insan" qoyub. Hər zaman mənə atılan sözə pis cavab vermişəm. Efirdə dalaşa bilmirəm. Real həyatda, kadr arxasında isə daha yaxşı dalaşıram".KNN.AZ bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu "Xəbər-ətər" verilişində deyib.
Həyasız olduğunu söyləyən sənətçi bildirib ki, dalaşdığı prodüserin ağzını və burnunu əzib:
"Prodüserlərdən birinin saçını yolmuşam. Söz yarası çox pisdir, uda bilməyəndə, əllə zərbə endirirəm. Həmin prodüserin telefonu, paltarı və ağız-burnu getdi. Həyasız insanam. Bu məsələ yayılsaydı, həmin insanın özünə ziyan olacaqdı. Bu haqda heç kimə demədim".