"Dünən pozğun dediyiniz insanlardan bu gün yardım istəyirsiniz" - Nadiri bu sözlərinə görə BİABIR ETDİLƏR

"Dünən pozğun dediyiniz insanlardan bu gün yardım istəyirsiniz" - Nadiri bu sözlərinə görə BİABIR ETDİLƏR
Müğənni Nadir Qafarzadə paylaşımı ilə hər kəsi özündən çıxarıb.

KNN.AZ xəbər verir ki, müğənni instaqram hesabında video paylaşıb. Videoda indiki vəziyyətlə əlaqədar yardım edərək çəkib paylaşanları tənqid edib:

“Bilirəm ki, aranızda hər şeyi özünə sığışdırmayan, özünə güvənən insanlar var. Dünənə kimi kiməsə biz “əxlaqsız”, “pozğun”, “üzdəniraq” deyirdik. Bu gün həmin insanlara “fahişə” dediklərinin əməli o sözləri unutdurub. Onlar yaxşı insandır, "kişi"dir. O insanlara heç nə olmamış kimi davranırlar. Ehtiyaclarını ödədiyi üçün artıq ona "mərd" deyirlər. Amma qürurlu və "mərd" oğlanlar var ki, dediklərinin üzərində dayanırlar. Yenə də həmin insanlara “fahişə” deyirlər. “Sənin yardımını almaq əvəzinə, özümü asıb öldürərəm” yazırlar.

Bir də yazırlar ki, “imkansızlara yardım edirsiniz?” Təbii ki, edirəm, sadəcə paylaşıb göstərmək istəmirəm. Utanırlar. Bu gün imkanı yoxdur, sabah ola bilər. Kimsə də ona tənə vura bilər ki, sənə yardım etmişdilər. Onları sındırmaq istəmirik. Bir qarın çörəyə görə heç kim ölmür. Qürurlu insanları sevirəm, əzilmirlər. Biz həmişə belə dözümlü insanlarla fəxr edək. Yardım etsək də, o insanların üzünü göstərməyək. Orada gəlinlər, analar, qızlar var. Mən edirəm, amma onları göstəmirəm”.
Nadirin videodakı sözlərinə izləyiciləri sərt reaksiya göstərərk tənqid ediblər. 

Şərhlər (0)

şərh əlavə et