Məşhur reper Azərbaycana gəlib, Şəmkirdə ferma tikir - VİDEO - FOTO

Məşhur reper Azərbaycana gəlib, Şəmkirdə ferma tikir - VİDEO - FOTO
Rusiya şou-biznesində "Navai" təxəllüsü ilə fəaliyyət göstərən, "HammAli&Navai" duetinin keçmiş solisti Nəvai Bəkirov Azərbaycanda ferma tikir.

Knn.Az oxu.az-a istinadən bildirir ki, azərbaycanəsilli rep ifaçısı bu barədə özünün sosial media hesabında xəbər verib və kadrlar paylaşıb.

Görüntülərdən aydın olur ki, ferma Şəmkirin Talış kəndində qurulacaq.

"Kənd cəlb edir, kəndi çox sevirəm. Azərbaycanda ferma tikirəm", - deyə o, videoda bildirib.

Şərhlər (0)

şərh əlavə et