Səidə Sultandan ailəsi barədə ŞOK ETİRAFLAR: Get hamamda... - VİDEO

Səidə Sultandan ailəsi barədə ŞOK ETİRAFLAR: Get hamamda... - VİDEO
Müğənni Səidə Sultan açıqlamasıyla diqqət çəkib.

Knn.az xəbər verir ki, ifaçı atasının onun müğənnilik etməsinə razı olmadığını deyib. 

O, bu barədə “Günaylı gün” verilişində danışıb.

“Bizdə heç vaxt oxumaq məsələsi ola bilməzdi. Mən oxumaq deyəndə, atam deyirdi ki, get hamamda oxu, orada yaxşı səslənmə var. Mən də hamama girirdim, acığa nə atam var, nə də anam mahnısı oxuyurdum. Öz aləmimdə hamamdan söz ötürürdüm. 15-16 yaşım var idi. 16 yaşında 11-ci sinifdə oxuyurdum. Məktəbdə soruşdular ki, içinizdə kim oxuya bilir. Mən səsimi çıxarmadım. Sinif yoldaşlarım bilir ki, səsim var, dedilər Səidə. Evdən xəbərsiz məni apardılar məktəblərarası “Pöhrə” müsabiqəsinə. 2000-ci il idi. Getdim o müsabiqəyə. Birincini, ikincini keçdim, artıq evə demək lazımdır. Anam da oxumağımı istəyirdi, amma dedi, səsini çıxarma. Əslində oxuyan olmaq istəmirdim. Hamısını sinif yoldaşlarım etdi. Müsabiqələri keçdim, laureat oldum. Atam gördü ki, istedad var, qəbul etdi. Heç yadımdan çıxmır. Dedi ki, mən səni başa düşürəm, görürəm ki, ancaq ora qaçırsan. Sənin yolunu kəssəm, düz çıxmayacaq. Amma bil ki, bu sənətdə sənə ailə qurmaq çətin olacaq.

Dedim, ay kişi, əri nə edirəm”, - deyə, o, söyləyib.

Şərhlər (0)

şərh əlavə et