Mina ərinin ittihamlarına belə reaksiya verdi

Mina ərinin ittihamlarına belə reaksiya verdi
Ötən gün müğənni Mina Hüseynin həyat yoldaşı Sərxan Həsənov OLAY-a açıqlamasında müğənni ilə ayrıldığını və artıq rəsmən boşanmaq üçün məhkəməyə müraciət etdiyini söyləyib. 

Bundan əlavə o, qeyd edib ki, oktyabrın 9-u ayrılsalar da, Mina birgə fotolarını instaqramda yerləşdirir və ondan PR kimi istifadə edir. Həmçinin, M. Hüseyn özü də bir neçə gün əvvəl "Səhər mərkəzi" verilişində qonaq olarkən S. Həsənovla bağlı danışaraq evliliyinin davam etdiyini bildirib. 

KNN.AZ xəbər verir ki, "olay" bütün bu məsələlərlə bağlı M. Hüseynin özü ilə əlaqə saxlayıb. O, həyat yoldaşının ittihamları qarşısında susaraq bu barədə açıqlama vermək istəmədiyini deyib:

"Mənim icazəm olmadan niyə bu xəbəri paylaşırsınız? Səbəbkar mənəm, siz Sərxan tanıyırdınız? Siz onunla üz-üzə gələn deyilsiniz, mənimlə rastlaşacaqsınız. Çünki bu sənətdə olan mənəm. Məni narahat etməyin, açıqlama vermək istəmirəm".

Şərhlər (0)

şərh əlavə et