Xatundan toyla bağlı AÇIQLAMA: "Üstündə dava idi..."

Xatundan toyla bağlı AÇIQLAMA: "Üstündə dava idi..."
Müğənni Xatun Əliyeva toya hazırlaşır. 

KNN.AZ xəbər verir ki, sənətçi oğlu Adilin toyuna hazırlaşır. Məclis noyabrda keçiriləcək. 

İfaçı toya sənət dostlarını da dəvət edib. Bu haqda Xatun aparıcı Elgiz Əkbərin paylaşdığı videoda deyib. 

"Birlikdə universitetdə oxuyublar. Xanım başqa, Adil başqa fakültədə idi. Beş ildir bir-birilərini sevirlər. Son iki ildə bilmişəm sevgilərini. Yaşları da eynidir - 25. Savadlı, tərbiyəli baladır. Üstündə dava idi, biz aldıq. Əsas odur ki, sevgisini gözləyib, ailəmizə sevinc qatdı" deyə, Xatun söyləyib. 

Qeyd edək ki, Xatunun oğlunun nişan xəbəri yayda yayılmışdı. 

Şərhlər (0)

şərh əlavə et