Liftdə "salam" verdiyi şəxs Bəhrama əsəbiləşdi - VİDEO

Liftdə "salam" verdiyi şəxs Bəhrama əsəbiləşdi - VİDEO
Əməkdar artist Bəhram Bağırzadə liftdə başına gələn hadisəni instaqramında yayımlayıb. 

KNN.AZ xəbər verir ki, aktyor "salam" verdiyi şəxsin ona əsəbiləşdiyini deyib:

"Rəhmətlik atam həmişə bizə öyrədirdi ki, səhər ilk gördüyünüz adamla salamlaşın və çalışın birinci "salamı" siz verin. Deyirdi ki, böyüklərə əl uzatmayın, "salam" verin, əgər ağsaqqal sizə əl uzadırsa, onda siz də əl uzadıb salamlaşa bilərsiniz. Bu gün səhər liftə daxil oldum. Liftdə təxminən 60 yaşlı bir kişi var idi. Ona "salam" verdim. Dedim, salam, sabahınız xeyir. Kişi məni altdan-yuxarı süzüb, dedi, mənimləsən? Cavab verdim ki, xeyr, üzr istəyirəm".

Şərhlər (0)

şərh əlavə et