Vasif Məhərrəmli yeni və bahalı "Range Rover"i ilə - VİDEO

Vasif Məhərrəmli yeni və bahalı "Range Rover"i ilə - VİDEO
Əməkdar artist Vasif Məhərrəmli həmkarı Nadir Qafarzadənin vəfat edən bacısı Sərfinazın yas mərasimlərindən birinə qatılıb. 

KNN.AZ xəbər verir ki, məclisdə Məhərrəmli ilə yanaşı, Əməkdar artist Elza Seyidcahan, müğənni Manaf Ağayev də olublar. Məşhurlar yas mərasimindən sonra Nadirə başsağlığı verərək avtomobilləri ilə oradan uzaqlaşıblar. 

Həmin vaxt Vasif Məhərrəmli yeni və bahalı maşını ilə görüntülənib. İfaçı ağ rəngli "Range Rover" markalı avtomobili ilə xeyli diqqət çəkib.

Nadir Qafarzadənin bacısı Sərfinazın yas mərasimində lentə alınan bu videonu jurnalist Yalçın Uğur yayıb.
baku.ws

Şərhlər (0)

şərh əlavə et