Azərbaycanlı modelin başına 'TikTok'da pullar səpdilər — VİDEO

Azərbaycanlı modelin başına 'TikTok'da pullar səpdilər — VİDEO
Miss Azerbaijan - 2019"un qalibi model Səmra Hüseynovaya "TikTok" sosial şəbəkəsində gözlənilməz sürpriz olunub.

KNN.AZ xəbər verir ki, sözügedən platformada canlı yayım açan modelə Naxçıvanlı izləyicisi ən bahalı hədiyyələr sayılan "Şir", "avtomobil" və "Qanadlı at" göndərib.

Hədiyyə yağışına tutulan Səmra bir anlıq şok keçirib və gözlərinə inanmayıb.

Hüseynova redaksiyamızın əməkdaşı ilə söhbətində bildirib ki, ona "TikTok"da bir gündə 2000 dollar dəyərində hədiyyə göndərilib.

Xatırladaq ki, "TikTok" sosial şəbəkə platformasında "Şir" - 350 dollar, "Avtomobil" - 300 dollar, "Qanadlı at" isə 200 dollar məbləğindədir.

Qeyd edək ki, Səmra Hüseynova keçirdiyi stress və depressiya səbəbi ilə Türkiyənin İstanbul şəhərinə köçüb. /bizim.media/

Şərhlər (0)

şərh əlavə et