Röya bu dəfə “Səni insan sandım” dedi - VİDEO

Röya bu dəfə “Səni insan sandım” dedi - VİDEO
Xalq artisti Röya Ayxan yeni klipini təqdim edib. 

KNN.AZ xəbər verir ki, estrada ulduzu bu dəfə “Səni insan sandım” mahnısını ekranlaşdırıb. R.Ayxan sözügedən layihənin çəkilişi üçün rejissor Fərhad Əliyə müraciət edib.

Sənətçinin staylinqini stilist Elnur Həsənov edib və makiyajı üzərində Türkiyədə tanınan Kamran Cabbarov çalışıb. 

“Səni insan sandım” bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib.

Qeyd edək ki, layihənin prodüseri Kənan Bayramovdur. Mahnının sözləri Leyli Erola, musiqisi isə Hakan Erola məxsusdur.

Şərhlər (0)

şərh əlavə et