SON DƏQİQƏ! Türkiyə dünyanı heyrətə gətirən yeni pilotsuz təyyarə hazırladı

SON DƏQİQƏ! Türkiyə dünyanı heyrətə gətirən yeni pilotsuz təyyarə hazırladı
"Pilotsuz hücum təyyarə sistemi layihəmizin konseptual dizayn görüntülərini ilk dəfə paylaşırıq".

KNN.AZ xəbər verir ki, bu barədə Türkiyənin aerokosmik sənaye qurumu olan "Baykar"ın rəsmi feysbuk hesabında paylaşım edilib.

Qeyd edək ki, Türkiyənin arsenalına qatacağı müasir texnologiyalı aerokosmik təyyarə, silah-sursat və avadanlıqları Milli Texnologiya Həmləsi proqramı çərçivəsində hazırlanmaqdadır.

Türkiyənin aero-kosmik sənaye qurumu olan "Baykar"ın rəhbəri Selçuk Bayraktar istehsal ediləcək yeni döyüş təyyarəsi barədə açıqlama verib.

O bildirib ki, yeni təyyarənin sürəti səs sürətinə yaxın olacaq.

"Bundan sonraki layihəmizin prototipləri isə səsin sürətindən çox olacaq. Növbəti layihəmizi supersonik qabiliyyətə malik formada istehsal edəcəyik" - o, əlavə edib.

Şərhlər (0)

şərh əlavə et