Azərbaycanda "​iPhone" almaq üçün neçə gün işləmək lazımdır?

Azərbaycanda "iPhone" almaq üçün neçə gün işləmək lazımdır?
"Picodi" ekspertləri növbəti "iPhone indeksi2022"ni dərc ediblər.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz paylaşım edib.
O bildirib ki, ekspertlər "İPhone 14 Pro"(128Gb) smartfonun ölkələr üzrə mövcud qiymətini və aylıq orta əmək haqqını müqayisə ediblər. Əldə olunan nəticəyə görə, Azərbaycanda "İPhone" almaq üçün 83 gün işləmək kifayətdir:
"Bu müqayisəyə görə orta statistik azərbaycanlı "İPhone" almaq üçün 83 gün işləməlidir. Adı çəkilən qurumun statistikasına görə Azərbaycanla bağlı vəziyyət ötən illə müqayisədə müsbətə doğru 10 gün dəyişib".
Ən yaxşı vəziyyət İsveçrədə qeydə alınıb. Belə ki, bu ölkədə "İphone" almaq üçün 4-5 gün işləmək lazımdır:
"Bu indeksə görə orta statistik amerikalı bir iPhone üçün 5-6 gün sərf etməlidir. Tacikistanda isə bir "iPhone" almaq üçün təxminən yarım il işləmək lazımdır. Gürcüstanda isə bunun üçün 64 gün işləyib bir "iPhone" almaq olar" - deyə o qeyd edib.


Şərhlər (0)

şərh əlavə et