Evlərində qəribəlik hiss edən ailə gizli kamera ilə gördükləri qarşısında ŞOKA DÜŞDÜLƏR - VİDEO

Evlərində qəribəlik hiss edən ailə gizli kamera ilə gördükləri qarşısında ŞOKA DÜŞDÜLƏR - VİDEO
Deanna adlı qadının sosial media hesabından paylaşdığı görüntülər izləyənləri dəhşətə gətirib. Evdə qəribə hiss etdikdən sonra körpələrinin otağına kamera qoyduqlarını bildirən Deanna qeydlərə baxanda dəhşətə gəldiklərini bildirib. Sözügedən görüntülərdə otaqdakı şkafın öz-özünə açıldığı və daha sonra körpənin çarpayısının ətrafında bir əlin dolandığı görünür.

İngiltərədə yaşayan bir ailənin başına gələn hadisələr sosial mediada günün ən çox danışılan mövzusuna çevrilib. Deanna adlı qadının sosial media hesabında verdiyi hadisəyə görə, ailə üzvləri evlərində qəribəlik hiss etdikdən sonra körpələrinin otağına kamera yerləşdiriblər.

GÖRÜNTÜLƏR DƏHŞƏTLİDİR

Görüntülərə baxan Deanna və əri dəhşətə gəliblər. Çünki körpənin otağındakı şkaf ilk olaraq öz-özünə açılır. Daha sonra körpənin çarpayısının ətrafında dolaşan sirli əl görünüb.

“SƏHƏR OYANANDA DAVAMLI ŞİKAYƏT EDİRDİ”

Hadisə ilə bağlı açıqlama verən ana Deanna, "Qızım səhər yuxudan duranda üzünün daim ağrıdığından və kiminsə onu çəkdiyindən şikayətlənir. Qızımızın başına gələnləri anlamaq üçün belə bir üsula əl atdıq, və sözügedən görüntülərə rast gəldik”.

EVDƏN KÖÇMƏYƏ QƏRAR VERDİLER

İzlədikləri görüntülərdən dəhşətə gələn ailə evdən köçmək qərarına gəlib. Görüntüləri izləyən sosial şəbəkə istifadəçiləri balaca qızı tək buraxmamağı tövsiyə ediblər.​​​​

Şərhlər (0)

şərh əlavə et