Şəfiqə Nağıyevaya ARB-yə girməyə kim qadağa qoyub? - VƏKİLDƏN ELGİZLƏ BAĞLI SUALA CAVAB - Video

Şəfiqə Nağıyevaya ARB-yə girməyə kim qadağa qoyub? - VƏKİLDƏN ELGİZLƏ BAĞLI SUALA CAVAB - Video
Xəzər TV-də yayımlanan "Təsir dairəsi” verilişində  ekspert qismində əyləşən Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva arasında gərgin anlar barədə məlumat vermişdik.
Anar Vəziroğlu "Bu qadında ləyaqət yoxdur” deyərək Şəfiqə Nağıyevanın üstünə su atıb. Sözügedən hadisədən sonra ekspert proqramdan uzaqlaşdırılıb.

Oxu24 məsələ ilə bağlı vəkil Şəfiqə Nağıyeva ilə əlaqə saxlayıb.

Vəkil onu efirdə təhqir edən Anar Vəziroğlunu məhkəməyə verəcəkmi sualına Şəfiqə Nağıyeva yox cavabını verib.

Son günlər baş verən hadisələr fonunda vəkilin hər zaman ekspert qismində iştirak etdiyi ARB kanalında yayımlanan "Elgizlə İzlə" verilişində görünməməsi də müəyyən şübhələrə yol açıb. Hətta verilişin aparıcısı Elgiz Əkbər mətbuata açıqlamasında bildirib ki,Şəfiqə Nağıyeva heç vaxt onun verilişində olmayacaq. Amma aparıcı bunun səbəbini açıqlamayıb.

Mövzu ilə bağlı vəkil Şəfiqə Nağıyevanın özündən də mövqe öyrəndik.

-Bizdə olan məlumata görə Sizin ARB kanalında iştirakınıza qadağa qoyulub. Bu nə dərəcədə doğru məlumatdır?

-Bəs Sizi Elgiz Əkbərin verilişində niyə görmürük?Sizi proqramdan kim uzaqlaşdırıb?

-Qərarı mən özüm vermişəm. Məni heç kim verilişdən uzaqlaşdırmayıb.İstədiyim verilişdə iştirak edirəm.

Qeyd edək ki, Şəfiqə Nağıyeva hazırda MTV-də yayımlanan "Ümid ilə gəl" verilişində ekspert kimi iştirak edir.

Şərhlər (0)

şərh əlavə et