Azərbaycanda çörək ucuzlaşacaq? - VİDEO

Azərbaycanda çörək ucuzlaşacaq? - VİDEO
Həm dünyada, həm də ölkəmizdə unun qiymətində ucuzlaşma var. Bəs bu ucuzlaşma çörəyin qiymətinə təsir edəcəkmi?

KNN.AZ xəbər verir ki, bu barədə “Günə doğru” proqramında süjet yayımlanıb.

İqtisadçı Xalid Kərimli taxılın qiymətinin bir qədər düşdüyünü qeyd edib:

“Türkiyənin və BMT-nin vasitəçiliyi ilə Ukrayna taxılının əhəmiyyətli hissəsinin dünya bazarına çıxarıla biləcəyinə dair razılaşmalar icra olundu. Və milyonlarla ton taxıl dünya bazarına çıxdı. Bu da taxıl bazarında qiymətləri aşağı saldı. Bu isə çörək qiymətlərinin aşağı düşməsi ilə bağlı gözləntilər yaradır. Lakin ucuzlaşma gözlənilmir. Ölkədə işçiliyin bahalaşması, minimum əməkhaqqının artması, ümumi infilasiya sahibkarlara da təsir edir”.

Sahibkar Müşfiq Məmiyev isə bu ucuzlaşmanın cüzi, yəni çörəyin qiymətinə təsir edəcək həddə olmadığını bildirib:

“Hardasa 10 gün əvvəl də qiymətlərin düşməsi baş verdi. Buna səbəb isə respublikaya un gətirilməsinin çoxalmasıdır. Sahibkarlar Rusiyadan, Qazaxıstandan və başqa ölkələrdən Bakıya un gətirməyə başlayıblar. Amma ölkədə unun qiyməti ucuzlaşsa da, çörəyin qiyməti dəyişməyib. Bu ucuzlaşma ilə çörəyin qiyməti dəyişməyəcək. Ucuzlaşması üçün gərək bundan sonra unun qiyməti ən azı 5-6 manat düşsün. Çünki sahibkarlara və böyük zadovlara indi ucuzlaşma heç cür sərf etməz, onlar ziyana işləyərlər”.

Həmin görüntüləri təqdim edirik:

Şərhlər (0)

şərh əlavə et