“Tek Yürek” İanə kampaniyasında məşhur aktyorun sözü kəsildi - VİDEO

“Tek Yürek” İanə kampaniyasında məşhur aktyorun sözü kəsildi - VİDEO
Bu gün 8 kanalın birlikdə yayımladığı ianə proqramı bütün Türkiyə və Azərbaycanın diqqət mərkəzindədir. “Bunu unutmayaq” deyən Murat Yıldırımın sözünü kəsən Nihat Hatipoğlu isə sosial şəbəkələrdə reaksiyaların mərkəzinə çevrilib.

KNN.AZ bildirir ki, 8 kanalın birlikdə yayımlandığı, AFAD və Kızılay üçün yardımların toplandığı proqramda, ekranların tanınmış simalarının da ianə topladığı yayımda Pelin Çift və Nihat Hatipoğlu aparıcılıq edir. Verilişdə maraqlı və çox mübahisəli məqam yaşanıb.
 
Telefonla yardım toplayan məşhurlara zaman-zaman sözlər verən Hatipoğlu Murat Yıldırımdan da fikirlərini istəyib. Yıldırım “Ölkə olaraq ən yaxşı etdiyimiz işlərdən biri unutmaqdır, unutmayaq” deyincə, Hatipoğlu Murat Yıldırımın sözünü qəfil kəsərək Burak Özçivitə üz tutub.

Bu ani keçidlə yaşadıqlarına təəccüblənən Murat Yıldırımın üz ifadəsi də diqqətdən yayınmayıb.

Bu qarışıqlıq sosial media istifadəçilərinin də reaksiyasına səbəb olub.

Şərhlər (0)

şərh əlavə et