Görənləri dəhşətə gətirən GÖRÜNTÜ - Zəlzələ hovuzda SUNAMİ YARATDI - ŞOK VİDEO

Görənləri dəhşətə gətirən GÖRÜNTÜ - Zəlzələ hovuzda SUNAMİ YARATDI - ŞOK VİDEO
Fevralın 6-da baş verən 7,6 bal gücündə ikinci zəlzələdən sonra Qaziantepdəki qapalı hovuzda kiçik miqyaslı sunami baş verib. Zəlzələnin şiddətini açıq şəkildə göstərən görüntüdə hovuzdakı suyun sunami kimi dalğalar halında hovuzun yanından daşdığı görülüb.

KNN.AZ xarici mediaya istinadla xəbər verir ki, Kahramanmaraş, Pazarcıkda 7,7 və Elbistanda 7,6 ballıq iki böyük zəlzələnin şiddətini ortaya qoyan yeni görüntülər ortaya çıxıb.

İki böyük zəlzələdən sonra 10 vilayətdə çox ciddi dağıntılar yaşanarkən, 7,6 bal gücündə ikinci zəlzələdən sonra Qaziantepdəki qapalı hovuzda baş verən kiçik miqyaslı sunami təhlükəsizlik kamerasına əks olunub. Zəlzələnin şiddətini və təsirini ən aydın şəkildə göstərən görüntüdə hovuzdakı suyun sunami kimi titrəmə ilə yanaşı dalğalar şəklində hovuzun yanından daşması diqqət çəkib.

Şərhlər (0)

şərh əlavə et