İlk Prezident təqaüdçülərindən olan Həsən Mansurov Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb - VİDEO

İlk Prezident təqaüdçülərindən olan Həsən Mansurov Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb - VİDEO
Dövlət İmtahan Mərkəzi (DİM) Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “İlk Prezident təqaüdçüləri” layihəsini təqdim edib.

E-huquq.az xəbər verir ki, Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı DİM-in Tədbirlər Planına uyğun olaraq həyata keçiriləin ilk qonağı 2001 və 2002-ci illərdə Prezident təqaüdünə layiq görülmüş şəxslərdən biri olan Dövlət Təhlükəsizliyi Xidmətinin baş idarə rəisi, ədliyyə general-mayoru Həsən Mansurov olub.

O, ulu öndərlə keçirilən görüş barədə xatirələrini bölüşüb. Həmin görüşün təhsil və karyeralarındakı rolundan danışıb. Eyni zamanda bir şəxsiyyət və dövlət xadimi kimi Heydər Əliyev haqqında düşüncələrini bölüşüb.

“Ulu öndərin bütün sözləri, fikirləri xatirimizdədir.O tələbələrə Azərbaycanın gələcəyi ilə bağlı böyük ümidlərlə baxdığını bildirdi. Bu sözlərin təsirində Azərbaycan gənci olmağın nə qədər şərəfli olduğunu, eyni zamanda nə qədər məsuliyyətli olmalı olduğumuzu hiss etmişik”, - deyə H.Mansurov bildirib.

Peşəkar fəaliyyəti ilə yanaşı, vətənpərvərliyi, vətəninə və xalqına bağlılığı ilə tanınan H.Mansurov gənclərin onlara təhsil sahəsində göstərilən xüsusi diqqət və qayğını dövlətçiliyə, milli-mənəvi dəyərlərə xidmət etməklə doğrultmalı olduqlarını bildirib.

Qeyd edək ki, H.Mansurov həmin il ali məktəblərə qəbulda 3-cü ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərib. Bakı Dövlət Universitetinin Hüquqşunaslıq ixtisasına qəbul olub. H.Mansurov daha sonra ən yüksək balla BDU-da magistratura pilləsində təhsil alıb. H.Mansurov əmək fəaliyyətinə hüquq-mühafizə orqanlarında başlayıb, prokurorluq orqanlarında, Prezident Administrasiyasında çalışıb.

Şərhlər (0)

şərh əlavə et