İstanbulda yaşayış binası uçdu - VİDEO

İstanbulda yaşayış binası uçdu - VİDEO
İstanbulun mərkəzində istifadə olunmayan 5 mərtəbəli bina uçub.

KNN.AZ “DHA” agentliyinə istinadən xəbər verir ki, yerli vatxla səhər saat 06:30 radələrində Karaköy məhəlləsnin Kemeraltı küçəsində yerləşən 5 mərtəbəli binada qismən çökmə baş verib. 

Saat 14.50-də yüksək səslə binanın ön hissəsi uçub. Qəza anı kameraya əks olunub.

Binanın uçma təhlükəsi olduğundan tikilinin yerləşdiyi küçə səhər saatlarından qismən bağlanıb. 

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Şərhlər (0)

şərh əlavə et