Hamamda qan su yerinə axdı: 1 nəfər öldü, 10 nəfər saxlanıldı - VİDEO

Hamamda qan su yerinə axdı: 1 nəfər öldü, 10 nəfər saxlanıldı - VİDEO
Türkiyənin Afyonkarahisar şəhərində cinayət hadisəsi baş verib.
KNN.AZ xəbər verir ki, eyni ailə üzvləri olan 10 şəxs çimmək üçün Bolvadin bölgəsində yerləşən hamamlardan birinə gedib.
Bir müddət sonra müştərilərlə hamam işçiləri arasında mübahisə yaranıb. Daha sonra mübahisə böyük davaya çevrilib.
Tərəflər bir-birlərinə bıçaq çəkiblər. Mübahisə zamanı hamam sahibi Hilmi Coşkun bel nahiyəsinən 3 dəfə bıçaqlanıb.
Xəstəxanaya aparılan Hilminin həyatını xilas etmək mümkün olmayıb. O yolda vəfat edib.
Hadisə yerinə gələn polis əməkdaşları 10 nəfəri saxlayıb. Hazırda cinayətə səbəb olan davanın hansı səbəbdən baş verdiyi araşdırılır.

Şərhlər (0)

şərh əlavə et