Bakı səmasında min dronun şousu - VİDEO

Bakı səmasında min dronun şousu - VİDEO
"Formula 1" Azərbaycan Qran Prisinin ikinci günü, bu gün ölkəmizdə ilk dəfə irimiqyaslı dron şou nümayiş olunub.

KNN.AZ xəbər verir ki, saat 21:45-də baş tutan şouda 1000 ədəd dron eyni vaxtda səmaya qalxaraq bənzərsiz görüntü sərgiləyib.

Qeyd edək ki, Bakı yarışı çərçivəsində uzun fasilədən sonra baş tutan möhtəşəm konsert proqramı eyni vaxtda yarışı canlı izləyən 30 minə yaxın F1 azarkeşinin böyük marağına səbəb olub.

Şərhlər (0)

şərh əlavə et