Maşın sürməyə qərar verən AYI ulduza çevrildi -VİDEO

Maşın sürməyə qərar verən AYI ulduza çevrildi -VİDEO
ABŞ-dan olan bir kişi vəhşi ayı ilə heyrətamiz anı lentə alıb.

KNN.AZ lent.az-a istinadən bildirir ki, o, videonu "YouTube"da paylaşıb.

Kişinin diqqətini dayanacaqda maşınların arasında gəzən vəhşi ayı çəkib. O, kameranı işə salıb və ayının hərəkətlərini çəkməyə başlayıb. Görüntülərin təsirli olacağı şübhəsiz idi, lakin bir anda ayı öz hərəkətləri ilə bütün gözləntiləri üstələyib.

Bir dəqiqə sonra ayı maşına yaxınlaşıb, arxa ayaqları üstə dayanıb, sonra maşının qapısını açmağa çalışıb. Kişi avtomobilini bağlaya bilib, çünki vəhşi heyvanın bütün görünüşü onun gəzintiyə çıxmağa hazır olduğunu göstərirdi. Ayı sürücünün təsadüfi videosu qısa müddət ərzində dəfələrlə baxılaraq "YouTube" izləyicilərini təəccübləndirib.

Şərhlər (0)

şərh əlavə et