Ərəb azərbaycanlı arvadı ilə efirdə boşanmağa görə dalaşdı: Gecə klubunda özünə qız tapıb - VİDEO

Ərəb azərbaycanlı arvadı ilə efirdə boşanmağa görə dalaşdı: Gecə klubunda özünə qız tapıb - VİDEO
ARB TV-də yayımlanan "Səni axtarıram" verilişində gərgin anlar yaşanıb.

KNN.AZ xəbər verir ki, Elnarə adlı xanım verilişə müraciət edərək 18 ildir ərəb əri Bəsimin ondan ayrılmaması üçün kömək istəyib.

Proqrama dəvət olunan Bəsim fikrinin ciddi olduğunu və qəti şəkildə Elnarədən boşanmaq istədiyini deyib.

Bu zaman Elnarə Bəsimin Zeynəb adlı qadınla qeyri-rəsmi əlaqəsi olduğunu və uşaqlarına baxmadığını bildirib. Daha sonra cütlük arasında mübahisə yaşanıb. Bəsim arvadına, "Mən avarayam, narkomanam, "alkaşam" boşan da", - sözlərini söyləyib.

Bundan sonra cütlük arasında mal-mülk davası gedib. Elnarə Bəsimin onun 60 min AZN pulunu mənimsədiyini və geri qaytarmasını tələb edib.

Keçmiş cütlüyün davası sosial şəbəkələrdə yayılaraq gündəm olub.
Manset.az

Şərhlər (0)

şərh əlavə et