Kişi yoldan keçən qızlara hücum etdi - VİDEO

Kişi yoldan keçən qızlara hücum etdi - VİDEO
Rusiyanın Smolensk vilayətinin yaxınlığında bir kişi qız huşunu itirənədək onu çubuqla döyüb.

Hücum Rusiyanın Roslavl şəhərində baş verib. Kişi çubuqla iki qızın üzərinə gedib, sonra isə rəfiqələrdən birini tutaraq, onu asfaltın üzərinə yıxıb, başına zərbələr endirməyə başlayıb. Bir az sonra qız artıq müqavimət göstərməyib, döyülməkdən huşunu itirib. Bundan dərhal sonra kişi baş verənləri videoya çəkən digər qıza hücum edib.

Mübahisənin nədən başladığı məlum deyil. Hələ hücum baş verənədək rəfiqələrdən biri kişinin narkotik vasitələrin təsiri altında olduğunu təxmin edib.

Şərhlər (0)

şərh əlavə et