Range Rover” qəza törətdi, 2 ölü: Köməyə gələnlər isə maşındakı 40 min dolları görün necə oğurladı - VİDEO

Range Rover” qəza törətdi, 2 ölü: Köməyə gələnlər isə maşındakı 40 min dolları görün necə oğurladı - VİDEO
Bakıda avtomobildən 40 min dollar pul oğurlanması hadisəsinin detalları bəlli olub.

KNN.AZ Trend-ə istinadla xəbər verir ki, 40 min dollar pul qəzaya düşən maşından oğurlanıb.

Belə ki, oktyabrın 8-də Sabunçu rayonu, Nardaran qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Range Rover” və KİA markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində KİA-da olan iki nəfər ölüb, bir nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qəza zamanı KİA-da 40 min dollar pul da olub. Hadisə baş verən vaxt kömək məqsədilə yaralılara yaxınlaşan Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov avtomobildə olan pulu görüblər. Əvvəlcə bu şəxslər hadisə yerindəcə maşından pulu götürmək istəsələr də, bu alınmayıb. Şübhəli şəxslər bu zaman KİA-nı aparan evakuatoru təqib ediblər, daha sonra isə dayanacağa yaxınlaşaraq özlərini qəzaya düşən şəxslərin yaxın qohumu kimi təqdim ediblər.

Bundan sonra avtomobildə olan 40 min dolları götürərək ərazidən uzaqlaşıblar.

***

Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə Kürdəxanı qəsəbəsi ərazisindəki dayanacaqların birində “KİA” markalı avtomobildən 40.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

DİN-dən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Şərhlər (0)

şərh əlavə et