Rəşad Dağlının SON MEYXANASI: “Zəngəzur dəhlizi, Təbriz bizimdir” – MARAQLI VİDEO

Rəşad Dağlının SON MEYXANASI: “Zəngəzur dəhlizi, Təbriz bizimdir” – MARAQLI VİDEO
Populyar meyxanaçı Rəşad Dağlının narkotik satışına görə iki dəfə həbsdə olmuş İskəndər Mehtiyevi bıçaqlayaraq qətlə yetirməsinin səbəbləri ətrafında ictimai müzakirələr davam edir.

Səbəblər sırasında İskəndərin Rəşadın ünvanına söyüş söyməsi, Rəşadın sonuncu iştirak etdiyi meyxana məclisində narkotik satan “bariqalar”ı hədəfə alması, bir neçə ay əvvəl sözlədiyi meyxanada “Xomeyni çöküb qalıb” ifadələrinə səsləndirməsinə görə İran tərəfindən təxribata çəkilməsi, narkotik biznesini lənətlədiyi üçün bu biznesi idarə edənlər tərəfindən cəzalandırıldığı kimi versiyalar irəli sürülür.

KNN.AZ xəbər verir ki, Rəşad Dağlı həbsindən bir neçə gün əvvəl iştirak etdiyi narkotik alverinə qarşı meyxana dediyi məclisdə hazırda aktual olan və İranın hər vasitə ilə mane olmağa çalışdığı Zəngəzur dəhlizi haqqında meyxana söyləyib:

Şəhidlər ürəyimizə çəkdi şəhadət dağın,

Biz “zato” ucaltmışıq ölkəmizin bayrağın.

İnşallah, bir gün alaq, o Zəngəzur torpağın,

Talış prikazı versin, Paşinyan “şaqatdasın”.

Deyişmədə digər meyxanaçı Ruslan isə Rəşadın “Zəngəzur” mesajına bu şəkildə dəstək verir:

Şəhidlərin hər biri silinməyən izimdi,

Mənim Qarabağ canımdı, mənim Qarabağ gözümdü,

Rəşad Zəngəzur nədi, Təbrizəcən bizimdi,

Şübhə edən vardısa, qardaşın isbatlasın.


Qeyd olunan meyxana deyişməsinin həmin hissələrini təqdim edirik:

Şərhlər (0)

şərh əlavə et