Təyyarədə namaz qılıb TikTok-da paylaşdılar: Videonu izləyən hər kəs eyni sualı verir - VİDEO+FOTO

Təyyarədə namaz qılıb TikTok-da paylaşdılar: Videonu izləyən hər kəs eyni sualı verir - VİDEO+FOTO
İsmailağa camaatına yaxın olduqları iddia edilən insanlar təyyarədə seyr edərkən namaz qılıblar. Həmin anların görüntüləri də sosial şəbəkədə “İman olan yerdə imkan var” cümləsi ilə paylaşılıb. Videonu  izləyənlər "Bu dua qəbul olacaqmı?" şərhlər edib.

KNN.AZ xəbər verir ki,  TikTok-da paylaşılan və gündəmdə olan videolara yenisi əlavə edilib. Bu yaxınlarda yayımlanan videoda İsmailağa camaatına yaxın olduğu iddia edilən şəxslərin təyyarədə namaz qıldığı görülüb.

“İMAN VARSA, FÜRSƏT VAR”

Havada uçan təyyarədə namaz qılan insanlar sözügedən videonu “İman varsa, fürsət var” sözləri ilə paylaşıb.

Video qısa zamanda sosial medianın gündəmini zəbt edib. Bəzi sosial media istifadəçiləri “Bu dua qəbul olunacaqmı?” sualını verib şərhlər yazıblar.

Şərhlər (0)

şərh əlavə et